SİZİN REKLAM BURADA!
055 213 76 73



Avqustun 15-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

BAKU.WS Anadolu Agentliyinə istinadla xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, Suriya məsələsinə də toxunulub.

Angela Merkel Türkiyə iqtisadiyyatının güclü olmasının Almaniya üçün önəmli olduğunu bildirib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın qarşılıqlı səfərlər və görüşlərlə daha da möhkəmləndirilməsinin vacibliyi ifadə edilib.

BAKU.WS