VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gündən etibarən Avropa İttifaqı Avropa şirkətlərini ABŞ-ın İrana qarşı sanksiyalarından qoruyacaq.

BAKU.WS 
sputnik.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini Avropa müəssisələrini İranla ticarəti və bu ölkədə iqtisadi fəaliyyəti aktivləşməyə çağırıb. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Mogerini Vellinqtonda Yeni Zellandiya xarici işlər naziri Uinston Piterslə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz ABŞ-ın İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planından (BHFP) çıxmaması üçün əlimizdən gələn hər şeyi edirik. Biz əminik ki, bu saziş nəinki regionunun, hətta bütün dünyanın təhlükəsizlik sahəsində maraqlarına cavab verir" — Mogerini bildirib.

Qeyd edək ki, bu gündən etibarən Avropa İttifaqı Avropa şirkətlərini ABŞ-ın İrana qarşı sanksiyalarından qoruyacaq. Birləşmiş Ştatlar tərəfindən bu gündən etibarən Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) razılaşdırılması nəticəsində dayandırılan genişmiqyaslı sanksiyalar yenidən qüvvəyə minib

Sanksiyalar çərçivəsində İranın ABŞ dolları ilə alış-veriş etməsi qadağan ediləcək, ölkənin ən böyük gəlir mənbəyi olan neft ticarəti, avtomobil ehtiyat hissələrinin ticarəti də məhdudlaşdırılacaq.

Sanksiyalar nəticəsində 1 milyon iranlının işsiz qalacağı bildirilir. Ekspertlər yaxın həftələrdə yeni sanksiyaların xarici şirkətlərə də tətbiq olunacağını proqnozlaşdırır. Hələlik amerikalılar avropalılarla danışıqlar zamanı sanksiyaların necə tətbiq olunacağını açıqlamayıb.

Xatırladaq ki, bu ilin mayın 8-də Tramp ABŞ-ın İranla bağlanmış nüvə sazişindən imtina etdiyini elan edib. ABŞ prezidenti İran rəhbərliyini sazişin şərtlərinə zidd olaraq uranın zənginləşdirilməsində və qadağan olunmuş silah istehsalında ittiham edib. Bundan əlavə, Tramp İrana qarşı sanksiyaları bərpa etmək niyyətində olduğunu bildirib.

BAKU.WS