SİZİN REKLAM BURADA!
055 213 76 73



Adnan Oktar törətdiyi cinayət əməlləri ilə bağlı növbəti dəfə dindirilib. 


BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, törətdiyi cinayət əməllərinə görə saxlanılan Adnan Oktarın ifadəsi ortaya çıxıb. Oktar ifadəsində "Heç bir şirkətim yoxdur. Aylıq gəlirim 3 - 3,5 min liradır. Qazandığım bütün pulları cibimə qoyurdum. Heç bir bankda hesabım yoxdur. Anam həyatdadır. Hərdən cib xərcliyimi anamdan alırdım" sözlərini deyib.

Adnan Oktara ilk verilən suallardan biri xarici pasportunun olub-olmaması haqda olub. Oktar suala "Heç vaxt xaricə getməmişəm"- deyərək, cavab verib.

Saysız-hesabsız "kedicik"ləri ilə bağlı suala isə Adnan Oktar belə cavab verib:

"And içməyə ehtiyac yoxdur. Müsəlman bir-birini qoruyan, bir-biri ilə dost olan deməkdir. Bu onsuz da Allaha verilən bir anddır. Başqa and da yoxdur. Təşkilatda kəsilən nikahı da qəbul etmirəm. Mənimlə 8 mindən çox adam tanış olub ayrılıb. İslamda təzyiq yoxdur, istəyən gəlir, istməyən gəlmir. Heç bir təlimatlarım da yoxdur. Sevənlərimin könüllü istəyidir".

Qeyd edək ki, bir müddət əvvəl Adnan Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə, qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunaraq, cinayət məsuliyyətinə cəlb edilmişdi.

BAKU.WS