SİZİN REKLAM BURADA!
055 213 76 73



İranın qərbində yerləşən neft anbarında partlayış baş verib, nəticədə iki nəfər həlak olub, daha iki nəfər itkin düşmüş hesab edilir.

BAKU.WS bildirir ki, partlayışdan sonra Xomeyn şəhərinin elektrik stansiyası yaxınlığında güclü yanğın qeydə alınıb.

Hadisə yerinə Ərak şəhərindən cəlb olunan yanğınsöndürənlər briqadasının rəhbəri bildirib ki, yanğının ciddi fəsadlara yol açacağı istisna olunmur. Bu səbəbdən də əhaliyə hadisə zonasına yaxınlaşmamaq tövsiyə edilib.

BAKU.WS