VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bir həftə öncə həbs edilən Adnan Oktarın ilk ifadəsini verib və sərbəst buraxılmasını tələb edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, vəkil müşayiətilə ifadəsi alınan Oktar heç bir ittihamı qəbul etməyərək günahsız olduğunu bildirib.

"Ayda 3 min 500 TL-dən savayı gəlirim yoxdur. Əməkdaşlarım mənə tələ qurublar. Xarici səfərlərim Türkiyə əleyhinə deyil, tam əksinə Türkiyə lehinə aparılan danışıqlardır. Mən qanuna çərçivəsində xalqın içində yaşayan bir insanam. Millətin göz önündəyəm, TV-də çalışan bir şəxs kimi xalq məni görür və tanıyır. Getdiyim yerlər məlumdur. Gizli təşkilat lideri deyiləm. Dürüst insanlarla yaşamağı, dost olmağı sevən, dost çevrəsi olan bir insanam. İddiaları çirkin sayıram və qəbul etmirəm.

Azyaşlı qızları evimə alaraq cinsi təcavüz etdiyimə dair iddiaları da qəbul etmirəm. Bu da böhtandır. İttihamda yazılıb ki, qız uşaqlarının ailələrinə 50 min TL verib onları almışam. Halbuki mən həyatımın hər mərhələsində diqqətli olduğum kimi, qız uşaqları mövzusunda da son dərəcə diqqətli davranaraq əlaqə quran bir adamam. Kiçik qız anası ilə birlikdə gəldi. Ancaq evə almadım, bağda görüşdük, geri göndərdim. Bu böhtanları qəbul etmirəm. Atatürkçü, millətçi bir insanam. Günahkar deyiləm və sərbəst buraxılmağı tələb edirəm”.

Zülfiyyə Qurbanova
BAKU.WS