VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Adnan Oktarın həkim müridi Oktar Babunanın qohumları Emre Yaşar Ertüzün və Yılmaz Kuruca şok etiraflarla çıxış ediblər.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, cinayətkar dəstənin həkimi olaraq tanınan və 160 min nəfərin ilik nümunələrini ABŞ-a qaçıran Oktar Babunanın qohumları qadınların vəhşicəsinə istismar edildiyini söyləyiblər. Yılmaz Kuruca dəfələrlə qrup seksə şahid olduğunu bildirib. Yaşar Ertüzün isə təşkilatda olan qadınlara yazığı gəldiyini və onların bir çoxunun zorla saxlanıldığını deyib.

Həmçinin o əlavə edib ki, “kedicik”lər bilə-bilə cazibədar halda efirə çıxarılırdı. Bununla da Adnan Oktar özünə çox sayda tərəfdar qazanır, kişiləri “tora salırdı”.

BAKU.WS