VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən 235 müridi ilə birlikdə həbs edilən Adnan Oktarın qorxunc cinayətləri üzə çıxıb.

BAKU.WS
xəbər verir ki, eks "kedicik" Ceylan Özgül onun haqqında açıqlamalar verib.

C.Özgülün sözlərinə görə, Adnan Oktar azyaşlı uşaqlara təcavüz edirmiş. 7-10 yaşında qızlar onun yanında təcavüzə uğrayıb.

Ceylan Adnan Oktarın həbs xəbərini eşidincə "Bu gün Günəş daha gözəl doğdu" paylaşımını edərək sevincini gizlətməyib.

Onun günahlandırıldığı cinayətlərin siyahısını görən "eks kedicik" hər birinin doğruluğunu təsdiqləyib: "Azyaşlı qızların üzərində bir çox işlər aparılırdı. Nəticədə şəxsiyyəti itirilərək və robot halına gətirilərək Adnan Oktara təslim olurdular"

Eks "kedicik" qızların təkcə Adnanh Oktar tərəfindən deyil, həmçinin müridləri tərəfindən də təcavüzə məruz qaldığını deyib: "Əslində bu təcavüzlər əsasən öncə müridlərlə başlayırdı, sonra bu qızlar Adnan Oktara gətirilirdi.

40 ildir fəaliyyət göstərən bu təşkilatın əsas işi fərqli qız və oğlan tapmaq olub. Məsələn, mən onun yanına tanışım tərəfindən aldadılaraq gətirilmişəm. Ən böyük silahları isə insanların dini duyğularından istifadə edərək qorxutmaq idi".

Zülfiyyə Qurbanova
BAKU.WS