VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili istefaya gedəcəyini açıqlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə G. Kvirikaşvili keçirdiyi xüsusi brifinqdə deyib.

G. Kvirikaşvili deyib ki, hakim komanda daxilində müəyyən məsələlər üzrə fikir ayrılıqları yaranıb: “Dünən keçirdiyimiz görüşdə konkret istiqamətlər üzrə müxtəlif fikirlər bildirildi. Fikirlər xüsusilə mənim iqtisadi siyasət üzrə fəaliyyətimlə bağlı oldu. Son aylar baş vermiş bir sıra məsələlərə dair partiya sədri ilə fikir ayrılıqlarımız yarandı. Bu, normal prosesdir. Bu gün partiya sədrinə öz baxışlarına uyğun komanda yaratmağa imkan verilməlidir”.

Qeyd edək ki, G. Kvirikaşvili 2015-ci ilin dekabrın 30-dan baş nazir vəzifəsində çalışır. Buna qədər o xarici işlər, baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri olub.

Gürcüstan Konstitusiyasına əsasən baş nazirin istefasından sonra hökumətin səlahiyyətlərinə xitam verilir.

BAKU.WS