VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyənin Ədirnə vilayətində 81 yaşlı həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirən 81 yaşlı İsmail Özkan saxlanılıb.

BAKU.WS
-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, peşman olduğunu bildirən qatil məhkəməyə aparılarkən yeriməkdə çətinlik çəkib.

Üç övlad, səkkiz nəvə sahibi olan cütlük mütəmadi olaraq mübahisə edirmiş. 

İfadəsi zamanı İsmail Özkan qətlin arvadının münasibəti olmadıqları bacısıgilə getmək istədiyi üçün baş verdiyini deyib: "Kıymet mənim ikinci arvadımdır, onunla 12 ildir rəsmi nikahla ailəliyəm. Zaman-zaman aramızda mübahisə düşərdi. Səhər saatlarında
əşyalarını toplayıb bacısının yanına getmək istədiyini söylədi. İcazə vermədim. "Bura sənin evin, heç bir yerə gedə bilməzsən. Bacınla aramız yoxdu, görüşmənizi istəmirəm", dedim. Arvadım mənə, "dəlisən?" deyərək otaqdakı kiçik masanın ayağını mənə atdı. Hirsləndim və dalaşdıq. Bir anlıq əsəb ilə onu çəkiclə vurmağa başladım. Neçə dəfə vurduğumu xatırlamıram".

BAKU.WS