SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ Prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inla görüşünün vaxtını açıqlayıb.

BAKU.WS-in məlumatına görə, D.Tramp bu barədə öz "Twitter" səhifəsində yazıb.

O bildirib ki, Kim Çen Inla görüş iyunun 12-də Sinqapurda baş tutacaq.

Qeyd edək ki, ötən gün Şimali Koreya rəhbəri ilə görüşmüş ABŞ Dövlət katibi Mayk Pompeo görüş tarixinin və yerinin məlum olduğunu demişdi.

BAKU.WS