SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağ Ev Qüdsdə ABŞ səfirliyinin açılışında iştirak edəcək nümayəndə heyətinin tərkibini açıqlayıb.


Məlumata əsasən, ümayəndə heyətinin tərkibində ABŞ prezidenti Donald Trampın adı yoxdur. Daha əvvəl Donald Tramp bildirib ki, ABŞ-ın bir çox prezidentləri uzun illər ərzində Amerikanın Qüdsdə səfirliyini açacaqlarını vəd ediblər. "Lakin onların vədlərini yerinə yetirməyə cəsarətləri çatmadı. Mən bunu həyata keçirdim. Hazırda səfirliyin açılışına hazırlıq işləri gedir", - deyə ABŞ prezidenti bildirib. Qeyd edək ki, Donald Tramp ötən ilin 6 dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. Ağ Ev rəhbəri Dövlət Departamentinə ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürməyi tapşırıb. ABŞ-ın dövlət başçısının bu qərarı bir çox dövlətlərin tənqidinə səbəb olub.

BAKU.WS