VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"Ermənistanın hakim Respublikaçılar Partiyası mayın 8-də keçiriləcək seçkidə baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək".

BAKU.WS Virtualaz.org-a istinadən bildirir ki, bunu hakim partiyanın fraksiya rəhbəri Vaqram Baqdasaryan deyib.

Onun sözlərinə görə, Ermənistanın Respublikaçılar Partiyası parlamentin üçdə birinin dəstəyini qazanacaq namizədə səs verəcək: "Bizim namizədimiz olmayacaq. Amma ölkənin Nazirlər Kabinetinin yeni sədrinin adı mayın 8-də məlum olacaq".

O, Ermənistanda etiraz aksiyalarının iştirakçılarını yolların, magistralların, aeroportun blokadasına son qoymağa və konstitusiya müstəvisinə qayıtmağa çağırıb.

Xatırladaq ki, Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı səsvermə mayın 8-də keçiriləcək.

Bağdasaryan onu da deyib ki, Respublika partiyası parlament üzvlərinin üçdə birinin irəli sürdüyü namizədi dəstəkləyəcək. Bu isə o deməkdir ki, Nikol Paşinyanın baş nazir olması üçün artıq maneə qalmır. Çünki onun namizədliyini 105 yerlik parlamentdə azı 45 deputat dəstəkləyir.

BAKU.WS