SİZİN REKLAM BURADA!
055 213 76 73



Əfqanıstanda naməlum şəxslər BBC teleradio şirkətinin jurnalisti Əhməd Şahı qətlə yetiriblər.

İnsident Host bölgəsində baş verib. Məlumata görə, jurnalist evə qayıdan zaman motosikletdə olan silahlı şəxslər ona yaxınlaşaraq atəş açıblar.

BBC-nin direktoru Cemi Anqus öz “Twitter” hesabında Şahın ölümü xəbərini təsdiqləyib.

“BBC rəhbərliyi dərin hüzn hissi ilə, Əfqanıstandakı müxbirimiz Əhməd Şahın Host əyalətində törədilmiş silahlı hücum nəticəsində həlak olduğunu təsdiqləyir”, - deyə Anqus bildirib.

BAKU.WS