SİZİN REKLAM BURADA!
055 213 76 73



Peruda uşaqların kütləvi qurban edildiyi məkanı aşkarlayıb.

BAKU.WS
 oxu.az-a istinadən xəbər verir ki, Perunun şimalında indiki Truxilo bölgəsində aparılan arxeoloji qazıntılar nəticəsində 550 il əvvəl yaşamış uşaqların qalıqları aşkarlanıb.

Tədqiqatçılar əmin edir ki, uşaqlar hamısı “tanrılara” qurban vermək məqsədilə eyni vaxtda edam edilib. Qurbanlar 5-14 yaşlarında olan uşaqlardır.

Əksər qurbanların döş qabırğalarında kəsik və dağılma izləri aşkarlanıb ki, bu da ritual zamanı onların ürəklərinin çıxarıldığını deməyə əsas verir.

Qeyd edək ki, həmin ərazi qədim Çimu sivilizasiyasının torpaqlarına aid olub.

BAKU.WS