SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri vəzifələrini icra edən Karen Karapetyan arasında telefon danışığı olub.

BAKU.WS Rusiya KİV-lərinə istinadən xəbər verir ki, söhbət zamanı Ermənistandakı böhran vəziyyətinin yalnız hüquqi müstəvidə, qüvvədə olan Konstitusiya çərçivəsində və 2017-ci ilin aprel ayında keçirilmiş legitim parlament seçkilərinin nəticələri əsasında tənzimlənməsinin əhəmiyyəti vurğulanıb.

Bu mənada mayın 1-də parlamentdə təyin edilmiş baş nazir seçkilərinin əhəmiyyəti qeyd olunub.

Ermənistanda etiraz hərəkatının lideri Nikol Paşinyan isə bugünkü mitinqdə bildirib ki, onu baş nazir seçməsələr, bu posta heç kim seçilməyəcək.

O, bütün parlament fraksiyalarının ortaq qərarı ilə bu vəzifəyə irəli ürüləcəyinə ümid edir. Həmçinin Paşinyan Ermənistan baş nazirinin vəzifələrini icra edən Karen Karapetyanı danışıqlara dəvət edib. Etiraz hərəkatının lideri danışıqların sabah, aprelin 27-də keçirilməsini təklif edib.

BAKU.WS