VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İran prezidenti Həsən Ruhaninin köməkçisi Əli Yunisinin sözləri parlamentdə təmsil olunan azərbaycanlı millət vəkillərinin etirazına səbəb olub.

BAKU.WS Yenicag.az-a istinadən xəbər verir ki, prezident köməkçisi azərilərin türkcə danışan farslar olduğunu söyləyib. Bu açıqlama ölkə əhalisinin təxminən yarıdan çoxunu təşkil edən azərbaycan türklərini ayağa qaldırıb.

Buna görə də, 50 millət vəkili imza toplayaraq prezidentə məktub göndəriblər. Onlar Yunisinin bu sözlərini xəyanət adlandırıb və bu cür irqi ayrıseçkiliyin “Quran”a zidd olduğunu bildiriblər. Həmçinin onlar əlavə ediblər ki, bir millətin ən dəyərli varlığı onun dilidir və dil toxunulmazdır.

BAKU.WS