VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ermənistan prezidenti Armen Sarkisyan Yerevandakı etiraz aksiyalarını şərh edərkən tərəfləri dialoqa çağırıb.

BAKU.WS-in xəbər verir ki, Armen Sarkisyan ölkədə təcili həllini tələb edən xeyli sosial-iqtisadi problemlərin olduğunu bildirib: “Dialoq, dözümlülük və biri-birini dinləmək bacarığı yaranmış vəziyyətdən yeganə çıxış yoludur”.

A.Sarkisyan qeyd edib ki, əksəriyyətinin gənclər təşkil etdiyi minlərlə etirazçı son günlər mitinq və aksiya keçirməklə hakimiyyətə tələblər irəli sürürlər: “Gənclər bizim sabahımızdır, gələcəyin hərbçisi, alimi və mühəndisi, siyasi xadimi və məmurlarıdır. Onların fikrinə hörmətlə yanaşmaq gərəkdir”.

Qeyd edək ki, sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxış edən Ermənistan müxalifəti aprelin 13-dən aksiyalar keçirir.

BAKU.WS