VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Amsterdamda keçirilən dəfn sənayesi sərgisində intihar üçün nəzərdə tutulmuş maşının prototipi nümayiş etdirilib.

BAKU.WS
-in oxu.az istinadən verdiyi məlumata görə, bu barədə “South China Morning Post” yazıb.

Cihazı uzun illərdir evtanaziyanın leqallaşdırılması üçün mübarizə aparan hollandiyalı dizayner Aleksandr Bannink (Alexander Bannink) və avstraliyalı fəal Filip Niçke (Philip Nitschke) quraşdırıblar.

Maşın azot dolu çəni açan bünövrədən və intihar edən şəxsin uzandığı, çıxarıla bilən kapsuldan ibarətdir.

Niçke izah edir ki, şəxs yüngül başgicəllənməsi hiss edir, sonra isə huşunu itirir və vəfat edir.

İxtiraçılar ilin sonuna kimi işləyən nümunəni hazırlamağa ümid edirlər. Sərgidə yalnız maket və kapsulada oturan insanın yerində özünü təsəvvür etmək üçün virtual tur nümayiş olunub.

Niçke va Bannink köşkü sərbəst hazırlamaq üçün lazım olan bütün çertyojları və digər məlumatları internetdə dərc etməyi planlaşdırırlar.

1996-cı ildə Filip Niçke Avstraliyanın şimal bölgəsində evtanaziyanın leqallaşdırılmasına nail olub. Ölkə hakimiyyəti qanunu tez bir zamanda ləğv edib, lakin o vaxta kimi artıq dörd nəfər bunun köməyilə ölüb.

2008-ci ildə xəbər verilib ki, Almaniyada evtanaziyanın qadağan olunduğu ölkələrdə ağır xəstəliklərdən əziyyət çəkən şəxslərin dünyadan könüllü getmələrinə imkan yaradan özünə sui-qəsd maşını hazırlanıb. Maşının hazırlanmasını alman siyasətçisi, həkim Rocer Kuş (Roger Kusch) dəstəkləyib.

BAKU.WS