SİZİN REKLAM BURADA!
055 213 76 73



İngiltərədə müəllimlik ixtisası üzrə təhsil alan və müəllim işləmək istəyən 22 yaşlı qızın sevgilisinə qarşı etdiyi hərəkətlər dəhşətə gətirir.


BAKU.WS milli.az-a istinadən xəbər verir ki, 22 yaşlı Jordan Uort (Worth) 16 yaşındaykən kollecdə tanış olduğu, birlikdə yaşadığı sevgilisinə 9 aydan çox işgəncə verib.

Hətta sevgilisinin nə geyinməsinə belə özü qərar verən Jordan onu ailəsi ilə görüşməyi qadağan edib, onu dəfələrlə bıçaqlayıb, üstünə qaynar su töküb, yataqda yatmağa icazə verməyib.

Sevgilisini bıçaqlayan Jordan onu xəstəxanaya aparmadan özü evdə müalicə edib.

Bunu bilən qonşular polisə xəbər veriblər. Jordan Worth saxlanılıb. O, ifadəsi alındıqdan sonra 7 il müddətinə azadlıqdan məhrum edilib.

BAKU.WS