SİZİN REKLAM BURADA!
055 213 76 73



BMT-nin Təhlükəsizlik Şurası Suriyadakı Duma şəhərində kimyəvi hücuma görə iclas keçirib.

BAKU.WS “Ölkə.Az”-a istinadən xəbər verir ki, iclasda gərginlik olub. Suriyanın BMT-dəki daimi nümayəndəsi çıxış edəndə ABŞ, İngiltərə və Fransa nümayəndələri iclas salonunu tərk ediblər.

ABŞ nümayəndəsi Nikki Haley deyib:

“Sadəcə bir vəhşi bunu edə bilər. Sadəcə bir vəhşi mülki əhalini hədəf ala bilər”.

Rusiyanın nümayəndəsi isə, ABŞ-ın Suriyaya hərbi müdaxiləsinin ciddi nəticələri olacağını bildirib.

İngiltərənin nümayəndəsi isə bildirib ki, Dumada baş verənlərə görə istintaq başlamalıdır.

Suriya tərəfi isə kimyəvi hücum iddiasını rədd edib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS