SİZİN REKLAM BURADA!
055 213 76 73



Keniyada Nayrobi və Narok şəhərləri arasında böyük çat əmələ gəlib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, təbiət hadisəsi Afrikanın Keniyadakı Nayrobi və Narok şəhərləri arasında baş verib.

Mütəxəssislər hesab edirlər ki, çat bütün Afrika ərazisində yayılacaq və materiki iki hissəyə böləcək. Hazırda çat bir neçə kilometr uzanıb. Çatın eni 6 metr, dərinliyi isə 15 metrdir.

Qeyd olunur ki, bu yerdə iki tektonk plitənin sərhədi keçir və plitələr bir birindən ilə üç santimetr uzaqlaşır.

Nihat HÜSEYNZADƏ
BAKU.WS