SİZİN REKLAM BURADA!
055 213 76 73



Argentinanın futbol üzrə II Divizionunda "Los Andes" və "Braun Adroqe" komandaları arasında keçirilmiş oyun tribunalarda fanatların kütləvi davası üzündən dayandırılıb.

BAKU.WS-in Reporta istinadən məlumatına görə, toqquşma matçın start fitindən 16 dəqiqə sonra başlanıb.

Əvvəlcə azarkeşlər bir-birilərinə daş və şüşə qablar atıblar. Sonra isə münaqişə yumruq döyüşlərinə keçib. İğtişaşı polis rezin güllələrin köməkliyi ilə dayandırıb.

On bir dəqiqə sonra oyun davam etdirilib. Hadisə nəticəsində 100-dən çox fanat saxlanılıb.
Görüş "Los Andes"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Nihat HÜSEYNZADƏ
BAKU.WS