SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Yakutiya əyalətinin hava limanından uçan "Antonov 12" tipli poçt təyyarəsinin qapağı qırılıb və bənzəri görülməyən mənzərə ortaya çıxıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində havadan qızıl və gümüş külçələr tökülməyə başlayıb.

Görülən tədbirlərlə yerə tökülən 200-ə qədər qızıl və gümüş külçəsi tezliklə yığılıb.

Külçələrin hər biri 20 kiloqram ağırlıqda olub.

Hadisədən sonra uçuş meydanında təhlükəsizlik tədbirləri artırılıb. Yük Kanadaya aid mədən şirkətinə məxsus olub.

BAKU.WS