VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq dövlət başçısı Mixail Saakaşviliyə Ukraynaya daxil olmaq qadağan edilib.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Sərhəd Xidməti məlumat yayıb. Xidmətdən bildirilib ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub və 2021-ci il fevralın 13-dək onun ölkəyə daxil olmasına icazə verilməyəcək.

Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək şikayət veriləcəyini bildirib.

BAKU.WS