055 213 76 73
Türkiyə Ordusu “Zeytun budağı” əməliyyatı başlanan gündən bəri Suriyanın şimal-qərbində 1595 terrorçunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilir ki, son bir gün ərzində Suriyanın şimal-qərbində 44 yaraqlı məhv edilib.
Xatırladaq ki, Zeytun budağı”əməliyyatı yanvarın 20-də başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir.
BAKU.WS