Tayvanın şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, yeraltı təkanlar adanın şimal-şərqində - Hualyan şəhərində 5 km dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində "Marşal" oteli qismən dağılıb. Güclü yeraltı təkanlar nəticəsində otel şaqüli vəziyyətdə əyilib.
Axtarış-xilasetmə işlərinə təqribən 100 hərbçi cəlb olunub. Onlara daha 250 əsgərin qoşulacağı gözlənilir. Son məlumatlara görə, azı 2 nəfərin ölüb, 114 nəfər xəsarət alıb.
BAKU.WS