VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İranda keçirilən etiraz aksiyaları zamanı 3 nəfər ölüb.

BAKU.WS-in günaz.tv-yə istinadən verdiyi məlumata görə, dekabrın 30-u axşam saatlarında İranın Loristan əyalətinin Dorud şəhərində hökumət qüvvələri “Xamneyiyə ölüm” şüarları səsləndirən dinc etirazçılara odlu silahdan atəş açıblar. Nəticədə 3 ölüb, 1 nəfər yaralanıb.

Ölənlərdən iki nəfərinin adları açıqlanıb. Onların Həmzə Ləşəni və Hüseyn Rəşno olduğu bildirlir. Digər iki nəfərin isə şəxsiyyəti hələlik dəqiqləşməyib.

Hazırda Dorud şəhərində vəziyyətin çox gərgin olduğu bildirilir.

Zəncanda isə təhlükəsizlik qüvvələri etirazçıların müqavimətinə tab gətirə bilməyərək qaçmağa başlayıb.

Xatırladaq ki, dekabrın 28-dən İranın əksər şəhərlərində qiymət artımına etiraz olaraq aksiyalar keçirilir.

BAKU.WS