SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

BAKU.WS-in məlumatına görə, bu barədə RİA Novosti məlumat yayıb. 

Məlumata görə, Tramp Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı çatdığını bildirib.

Eyni zamanda Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə göstəriş verib.

"Dövlət Departamentinə Amerika səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi üzrə hazırlıqlara başlamaq barədə göstəriş verirəm", — deyə Tramp bildirib.

BAKU.WS