SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli mütəxəssislər süni qazonların təhlükə saçdığını bildiriblər.

BAKU.WS xəbər verir ki, həkim professor Mustafa Öztürk isti havalarda süni qazonların adi qazonlara nisbətən 20 dərəcə daha çox isindiyini deyib.

O qeyd edib ki, Türkiyədə hər il 180 min ton plastik və kauçuk materialdan olan əşyalar zibilə atılır.

Professor bildirib ki, süni qazonların istehsalı zamanı atılan plastik və kauçuk maddələrdən istifadə edilir:

"Emal lazımi şəraitdə və yerlərdə aparılmalıdır. Tullantı plastiklər süni qazon istehsalında istifadə edilməməlidir. Çünki isti havalarda süni qazonlar mikro istilik adaları yaradır və normal otlardan 20 dərəcə çox isti olur.

Nəticədə ortaya çıxan zərərli kimyəvi maddələr onu üzərində hərəkət edən idmançılar üçün təhlükə yaradır. Nanoplastik və mikroplastik maddələr idmançıların onların nəfəs yolu ilə daxil olur və xəstəliklərə səbəb olur.

Avropada, o cümlədən ABŞ və Yaponiya kimi ölkələr artıq süni qazon istehsalı üçün tullantı plastiklərdən istifadə etmirlər. Biz də ölkə olaraq artıq qazonların istehsalında tullantı plastiklərdən istifadə etməməliyik".

Parklarda istifadə edilən qazonlar hava dalğaları və günəş işığı ilə parçalanaraq zərərli kimyəvi maddələr buraxır. Bu da uşaqların ağciyərlərinə dolur.

BAKU.WS