SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyada, Kurqan vilayətinin yaxınlığındakı Tobol çayında suyun səviyyəsi iki saat ərzində 15 sm qalxıb.

BAKU.WS qazeta.ru-ya istinadən xəbər verir ki, hazırda çayda suyun səviyyəsi 646 sm-ə çatıb.

Kurqan meriyasının məlumatına görə, Tobol aprelin 15-də Moskva vaxtı ilə səhər saat 08:00-da bu səviyyəyə çatıb.

Ötən gün Kurqan qubernatoru Vadim Şumkov özünün teleqram kanalında yazıb ki, bəzi yerli sakinlər su basmış ərazini tərk etməkdən imtina ediblər.

Şumkov bildirib ki, təxliyyə qrupları ev-ev gəzir, lakin bəzi sakinlər hələ də su basmış zonada qalmağın təhlükəli olduğuna inanmır və çıxmaqdan imtina edirlər.

Kurqan vilayətinin sakinlərinə də Tobol çayında axının sürətlənməsi ilə bağlı xəbərdarlıq edilib. Yaxınlaşan dalğanın qarşısını almaq üçün bölgədə əlavə olaraq altı bənd möhkəmləndirilib, daha biri isə sıfırdan tikilib.

BAKU.WS
VİDEO