SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə, Ankaranın Etimesqut rayonunda sərxoş olduğu üçün polisdən qaçan taksi sürücüsü Y.K.-nın maşını iki divar arasında qalıb.

BAKU.WS xəbər verir ki, sürücü Y.K polis tərəfindən avtomobilin yan şüşəsindən çıxarılaraq yaxalanıb.

Belə ki, hadisə saat 03.30 radələrində Etimesqut rayonunun Altay məhəlləsində baş verib.

Polisin “saxla” xəbərdarlığına tabe olmayan taksi sürücüsü Y.K. “06 T 3940” nömrə nişanlı avtomobillə qaçıb. Y.K bir müddət qaçdıqdan sonra izini itirmək üçün Ayaş-Ankara Yolu bulvarındakı marketin dayanacağına girib.

Polislərin onu izlədiyini görən sürücü yenidən çölə çıxmaq istəyib və avtomobili bazar divarı ilə onun yanındakı yaşayış binasının çöl divarı arasında qalıb. Sürücü Y.K. polis qrupları tərəfindən avtomobilin yan şüşəsindən çıxarılaraq yaxalanıb.

BAKU.WS