SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda pravoslav xristianlar yanvarın 6-dan 7-nə keçən gecə İsa peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd ediblər.
 
İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsi günü xristianlıqda ən önəmli günlərdən hesab olunur.
 
İnanclılar Miladda pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirib, bayram ayinləri yerinə yetiriblər.
 
Milad bayramının əsas qayəsi sevgi, sülh, bağışlamaqdır. Milad bayramı münasibətilə təşkil edilən dini mərasimlərdə iştirak yeni dövrün başlanğıcını simvolizə etdiyinə görə xristianlar üçün xüsusi əhəmiyyət daşıyır.
 
Həmin günün şərəfinə süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi düzülür. Süfrəyə düzülən yeməklərin hər birinin dadına baxmaq isə mütləq hesab edilir. Masada canlı alov - şam yanır.
 
Müqəddəs gecənin ən başlıca yeməyi isə buğdadan hazırlanan kutya hesab edilir. Amma kutyanın hazırlanmasında üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir.
Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.
 
PhotoStock.az Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedral kilsəsində Milad bayramının necə qeyd olunduğu barədə fotoreportaj hazırlayıb:
BAKU.WS
QALEREYA