SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur azərbaycanəsilli aparıcı və model Çağla Şıkel ötən gün Türkiyədə baş verən zəlzələ zamanı canlı efirdə olub.

BAKU.WS xəbər verir ki, həftə içi hər gün proqram təqdim edən Çağla canlı yayımda zəlzələ anında soyuqqanlılığını qorumağa davam edib.

Mütəxəssis dietoloq Taylan Kümeli ilə sağlam qidalanma mövzusunda veriliş hazırlayan Çağla Şıkel qəfildən masa silkələnəndə baş verənlərə təəccüblənib. Kümeli "Nə oldu? Bismillahir-rəhmanir-rəhim" deyərək həyəcanını ifadə edib. Şıkel isə titrəmə dayandıqdan sonra "Davam edək" deyərək proqramı davam etdirib.

Qeyd edək ki, dünən Mərmərə dənizinin Gəmlik körfəzində 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə, xüsusilə İstanbulda hiss olunub.

BAKU.WS
VİDEO