SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə bu gün səhər saatlarında saxlanılan sosial şəbəkə fenomeni Banu Parlak sərbəst buraxılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Büyükçekmece Ədliyyə Sarayına gətirilən Parlak əvvəlcə prokurora ifadə verib.

Prokurorluq Parlakın məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasını istəyib.

Parlak sərbəst buraxılıb və məhkəmə binasından qaçaraq uzaqlaşıb.

***10:09

Dilan və Engin Polat cütlüyünün həbsi ilə gündəmə gələn sosial media fenomeni və gözəllik mərkəzlərinin sahibi Banu Parlak sosial media hesablarında silahlı paylaşımlar etdiyinə görə yenidən saxlanılıb.

BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, paylaşında fenomenin belində silah olub.

O, silahını əlinə alaraq buz sözləri deyib:

"Mənim ev və maşın kimi yox, belə maraqlarım var. Nə etmək olar? Bu günü çoxdan gözləyirdim. Yeri gəlmişkən, lisenziyası var. Mən heç kimi silahdan istifadə etməyə təşviq etmirəm”.

Polislər Banu Parlağın evinə baxış zamanı “Glock” markalı sənədsiz silah və 9 ədəd patron ələ keçirib.

Qeyd edək ki, Banu Parlak ədavətdə olduğu Dilan Polat və Engin Polatın həbsindən sonra sevincdən rəqs etdiyi videonu yayımlamışdı. Parlak daha əvvəl kooperativlə bağlı qanunsuzluqlara görə saxlanılıb.

BAKU.WS
VİDEO