SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərinə ilk qar yağıb, daha sonra isə şiddətli yağış və tufan müşahidə olunub.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şilədə yollar gölə çevrilib, sürüşmə baş verib.

Sarıyer Qaripçe kəndində nəhəng dalğalar səbəbilə sahildəki balıq restoranlarına ziyan dəyib. Restoranların içərisində stol və stulların olduğu yer uçub, sahil zolağında çökmələr yaranıb.

Ərazidə bələdiyyə işçiləri çalışmalara davam edir. Nəhəng dalğalar Rumeli Fənərinə də təsir edib. 

Eyüpsultanda güclü yağış səbəbindən tikinti sahəsinin yuxarı hissəsində yerləşən uşaq parkında torpaq sürüşməsi baş verib. Parkın kənarı uçub. Hadisə zamanı xəsarət alan olmasa da, təhlükəsizlik səbəbilə park bağlanıb.

BAKU.WS
VİDEO

QALEREYA