SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı aktyor və rok ifaçısı Jared Leto bir ilkə imza atıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o Nyu-Yorkda yerləşən "Empire State" binasına dırmanıb.

51 yaşlı aktyor bununla da bu binaya qanuni şəkildə dırmanan ilk şəxs olub.

"Empire State"in ən yüksək hissəsinə çıxan Jared Letonun fotoları sosial şəbəkələrdə viral olub.

Rok ifaçısı bunu etməklə arzularından birini reallaşdırdığını deyib:

"Zirvədən günəşi izləmək mənim mənim üçün çox önəmli idi. O anı yaşamaq istəyirdim. Uşaqlıq illərində Nyu York xəyallarımı reallaşdırmaq üçün getdiyim şəhərdir. 86-cı mərtəbədən 104-cü mərtəbəyə 20 dəqiqəyə dırmandım".

BAKU.WS
QALEREYA