SİZİN REKLAM BURADA!
055 213 76 73


"Forsaj", "Black Adam" və "San Andreas" filmləri ilə tanınan məşhur aktyor Dueyn Conson yeni açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, o, müxtəlif partiyalardan prezidentliyə namizəd olmaq üçün təkliflər aldığını bildirib.

Trevor Noahın "What Now?" layihəsinə qonaq olan məşhur ona ünvanlanan "Gələn il ABŞ prezidentliyinə namizəd olmağı düşünürsünüz" sualına cavab verərkən belə deyib. 

2021-ci ildə ABŞ-da aparılan bir sorğuya əsasən 51 yaşlı aktyorun səsvermə nəticələri yüksək çıxmışdı.

Dueyn özü də bu nəticələrə görə çox təəccüblənmişdi.

O bir neçə il əvvəlki müsaibələrində heç vaxt siyasətə qoşulmayacağı ilə bağlı açıqlama vermişdi. 

BAKU.WS
QALEREYA