SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrail Hərbi Hava Qüvvələri Suriyanın Deraa əyalətində Suriya ordusunun mövqelərinə zərbələr endirib.

BAKU.WS xəbər verir ki, məlumatı Suriyanın SANA agentliyi yayıb.

Agentliyin məlumatına görə, atəş yerli vaxtla 01:35-də Colan təpələri istiqamətindən atılıb.

Atəş nəticəsində iki hərbi obyektə maddi ziyan dəyib. Zərbələr nəticəsində ölən və yaralananlar haqında məlumat verilmir.

BAKU.WS