SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Moskva şəhərindən Gəncəyə uçan “Aeroflot” aviaşirkətinə məxsus təyyarə Volqoqrad Hava Limanına təcili enib.

Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Qeyd edilib ki, yerli vaxtla saat 13:55-də Moskvadan havaya qalxan təyyarə Volqoqrad Beynəlxalq Hava Limanına enib. Komandir dispetçerə 29 yaşlı sərnişinin huşunu itirdiyini bildirib.

Həkim briqadası tez bir zamanda kişini 25 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb. Hərtərəfli müayinədən sonra kişi ambulator müalicəyə göndərilib.

Volqoqrad Beynəlxalq Hava Limanı bildirib ki, təyyarə saat 14:00-da Volqoqrada eniş edib və bütün prosedurlar yerinə yetirildikdən sonra saat 15:37-də yenidən havaya qalxıb.//oxu.az

BAKU.WS