SİZİN REKLAM BURADA!
055 213 76 73


Sibirin donmuş torpaqlarında 50 min illik buzlaqlar bəşəriyyət üçün qorxulu təhlükəni gün üzünə çıxarır.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, qədim mikrobların və virusların canlanması yeni pandemiya təhlükəsi yarada bilər.

Bu ehtimalı nəzərə alan elm adamları qədim mikrobların quruluşunu araşdırır və potensial təhlükənin qarşısını almaq üçün çalışırlar.

Mütəxəssislər bildirir ki, Sibir buzlaqlarında təkcə qədim mikroblar və viruslar oyanmayıb. Eyni zamanda 28.000 ilə 40.000 il əvvəl nəslinin tükəndiyi düşünülən Neandertalın da insanları öldürə biləcək ölümcül xəstəliklərin donmuş cəsədlərdə gizlənə biləcəyi barədə xəbərdarlıq edilib.

Xatırladaq ki, daha öncə qədim virus və mikroblar nəticəsində Sibirdə insan tələfatı baş verib. 2016-cı ildə isti dalğasından sonra qarayara virusları minlərlə maral və bir uşağın ölümünə səbəb olub.

BAKU.WS