SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə qeyri-qanuni immiqrantlar ot bağlamaları arasında yaxalanıb.

BAKU.WS ensonhaber.com-a istinadən xəbər verir ki, hadisə Çanaqqalanın Eceabat bölgəsində keçirilən qeyri-qanuni immiqrasiya əməliyyatı zamanı qeydə alınıb.

Nəticədə 7-si qadın, 9-u kişi, 5-i oğlan, 5-i qız, 26-sı Əfqanıstan və 1-i İran vətəndaşı olmaqla, ümumilikdə 27 qeyri-qanuni mühacir yük maşınında ot bağlamaları arasında gizlədilmiş halda yaxalanıb.

Qeyri-qanuni mühacirlər jandarma əməliyyatlarından sonra Ayvacık rayonundakı Əcnəbilərin Repatriasiya Mərkəzinə təslim ediləcək. Təşkilatçıların isə jandarma ilə hüquqi prosesi davam edir.

BAKU.WS
QALEREYA