SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Hadisə xeyirxah addımı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, oktyabrın 22-də sənətçinin 38 yaşı tamam olur.

İfaçı ona ad günü münasibətilə pul və hədiyyə göndərmək istəyənlərə səslənərək bunu uşaqlar üçün təşkil olunmuş xeyriyyə cəmiyyətinə bağışlamalarını istəyib.

"Serebral iflic olan uşaqlarımızın xəyallarını reallaşdırmağa nə deyirsiniz? Ad günümdə tutacağım bütün arzular xəyallara toxunsun, buna siz də ortaq olun. Fiziki məhdudiyyətli şəxsləri ayağa qaldıra bilək" - deyə Hadise paylaşımında qeyd edib.

BAKU.WS