SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı - MİT) Suriyada keçirdiyi əməliyyat zamanı PKK/YPG-yə aid silah və sursat anbarları, hücum və təxribat bölmələrinin olduğu binalara zərbələr endirib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK/YPG-nin Daxili İşlər Nazirliyinə hücumunun bu ölkədə planlaşdırıldığı və bu əməliyyatda iştirak edən terrorçuların Suriyadan Türkiyəyə gətirildiyi məlum olduqdan sonra terror təşkilatının Suriyadakı obyektlərinə və idarə heyətinə qarşı MİT tərəfindən əməliyyat həyata keçirilib.

Aparılan kəşfiyyat araşdırmaları nəticəsində terror təşkilatına aid silah-sursat anbarları PUA-lar vasitəsilə vurulub. 

Bundan başqa Türkiyə Milli Müdafiə Nazirliyi rəsmi sosial media hesabında Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə məxsus hədəflərin vurulduğu görüntüləri paylaşıb.

“Suriyanın şimalındakı Tel Rıfat, Cizirə və Derik bölgələrində PKK/YPG terrorçularının hədəfləri qəhrəman pilotlarımız tərəfindən belə məhv edildi”, - deyə paylaşımda qeyd edilib.

BAKU.WS
VİDEO