SİZİN REKLAM BURADA!
055 213 76 73


Gürcüstanın ikinci ən böyük şəhəri olan Kutaisidə dövlət və özəl məktəblərin şagirdləri ictimai nəqliyyatdan pulsuz istifadə edə biləcəklər.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kutaisi şəhər meriyasından bildirlib.

Qeyd olunur ki, məktəblilərə ictimai nəqliyyatdan pulsuz istifadə üçün xüsusi kartlar veriləcək.

“Bununla da 33 619 şagird bələdiyyə nəqliyyatından pulsuz istifadə edə biləcək”, - deyə Kutaisi şəhər meriyasından bildirilib.

BAKU.WS