SİZİN REKLAM BURADA!
055 213 76 73


Təbriz şəhər həbsxanasında saxlanılan və ötən ay cərrahiyə əməliyyatı keçirən idmançı (boksçu) Kərim İsmayılzadənin vəziyyəti ağırlaşıb.

BAKU.WS xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, əməliyyatdan sonra onda mədə qanaxması baş verib. Təbriz həbsxanasının məsul şəxsləri idmançının ailəsinin ona dərman göndərməsinə mane olmaqla yanaşı, eləcə də həbsxana həkiminin milli fəala dərman yazmasının qarşısını alıblar.
Güneyli fəal və idmançının səhhətinin pisləşməsinə əhəmiyyət verilməməsi nəticəsində onun çəkisi kəskin azalıb və tənəffüs problemləri yaranıb.

BAKU.WS
VİDEO