SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Adana bölgəsindənin Çukurova Bələdiyyəsinin təmizlik qrupları pis qoxuların yayıldığı və həşəratların çoxaldığı bir mənzildən təxminən 20 ton zibil çıxarıb.

BAKU.WS "Milliyet"ə istinadən xəbər verir ki, qrupların təmizlik işlərinə uzun müddət müqavimət göstərən ev sahibi 55 yaşlı KD, "Bunu etməyin, bu illər işdir" deyib.

Toros məhəlləsindəki yaşayış binasında pis qoxu və böcəklərdən şikayət edənlər Çukurova Bələdiyyəsinə müraciət edərək problemin həlli üçün kömək istəyiblər. Təmizlik İşləri Müdirliyi qrupları qeyd olunan ünvana gedərək prokurorluğun icazəsi ilə içəri girib.

Mənzilin qapısının zibilliyə görə çətin açılmasına baxmayaraq içəri daxil olan təmizlik işçiləri təəccüblənib. Çiləmə aparıldıqdan sonra zibil torbalara doldurularaq maşına yüklənib. Evin sahibi "Bunu etmə, bu illər işdir. Çantalarda inqrediyentlərim var, onları seçərəm. Gəl bax, yorğan var, siqaret var. Mənim vacib sənədlərim var" deyərək zibillərin atılmamasını xahiş edib.

Mənzil zibildən təmizləndikdən sonra dərmanlama işləri aparılıb.

Evdən çıxarılan 20 ton zibil 2 maşına yüklənib və utilizasiya obyektinə aparılıb. 

BAKU.WS
QALEREYA