SİZİN REKLAM BURADA!
055 213 76 73


Antalyasporun brazilyalı futbolçusu Edinaldo Gomes Pereiranın (Naldo) ailəsi avtomobil qəzası keçirib. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Antalya şəhərində baş verib.

Qəza zamanı avtomobildə futbolçunun qayınanası qayınatası və azyaşlı oğlu olub. Onlar avtomobillə yolda hərəkət edən zaman başqa bir nəqliyyat vasitəsi onların olduğu maşına çırpılıb.

Daha sonra həmin maşın yaxınlıqdakı motosikletlə tooquşiub.

Hadisə zamanı futbolçunun 4 yaşlı oğlu Davi Pereira avtomobildən düşüb. Qəza baş verdiyini öyrənən Naldo Akdeniz universiteti xəstəxanasına gedib.

Onun qayınanası və qayınatasının səhhətinin normal olduğu bildirilib. Futbolçunun övladı Davi isə təcili olaraq əməliyyata alınıb. 

BAKU.WS
VİDEO