SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanın adını Bharat olaraq dəyişdirəcəyi iddia edilir.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, adın dəyişdirilməsi qərarını hökumət parlamentin sentyabrın 18-22-nə təyin edilmiş növbədənkənar iclasında qaldıra bilər.

Hindistan Konstitusiyası hazırda ölkəyə “Hindistan, yəni, Bharat...” kimi istinad edir, lakin onun sadəcə “Bharat” olaraq dəyişdirilməsinə çağırışlar artır.

Konstitusiyaya dəyişiklik edilməsi və Hindistanın adının Bharat olaraq dəyişdirilməsi tələbi güclənib və mənbələr hökumətin Hindistanın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edə biləcəyini söyləyib.

“...Bharat prezidentindən” ifadəsi də G20 dövlət başçılarına və nazirlərə şam yeməyinə dəvətdə yer alıb.

Qeyd olunur ki, Parlamentin son iclasında BJP Rajya Sabha millət vəkili Naresh Bansal, “Hindistan”ın müstəmləkə köləliyini simvollaşdırdığını iddia edərək, Konstitusiyadan çıxarılmasını tələb edib.

BAKU.WS