SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Melis Sezen ötən gün qatıldığı "Venesiya Film Festivalı"nda müzakirələrə səbəb olub. 

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, buna səbəb aktrisanın dərin kürək dekolteli ağ rəngli libası və qırmızı xalıda verdiyi pozlar olub. Melisin bu geyimi və hərəkətləri sosial şəbəkə istifadəçilərini iki yerə bölüb.

Onun geyimini bəyənənlər olsa da, böyük əksəriyyət bu dekolte libasın ona yaraşmadığını bildirib.

Onlar "Gözəl xanımsan. Belə libas geyinib o gözəlliyini niyə kölgədə qoyursan?", Melis Sezen niyə belədir? Həmişə hərəkətləri ilə diqqət çəkmək istəyir", "Elə bil saçını evdə yığıb" kimi ifadələrlə akrisanı tənqid ediblər. 

Xatırladaq ki, Melis Sezen reytinqləri alt-üst edən "Sadakatsiz" serialında oynadığı Derin obrazı ilə məşhurlaşıb. 

BAKU.WS
QALEREYA