SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rusiya Könüllülər Korpusu”nun (RDK) əsgərləri “Vaqner” özəl hərbi şirkətinin silahlılarını onların tərəfinə keçməyə çağırıb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 2014-cü ildən Rusiya-Ukrayna müharibəsində Ukrayna tərəfində vuruşan ultrasağ rus millətçiləri tərəfindən 2022-ci ilin avqustunda yaradılmış RDK hərbi birləşməsinin “Vaqner”çilərə ünvanlanan müraciəti “RDK” “Telegram” kanalında yayımlanıb.

“Göründüyü qədər, dünən sizin komandirləriniz və qurucu atanız riyakarcasına “edam ediliblər”. Onların Rusiya Federasiyasının ən yüksək hakimiyyət eşelonunun nümayəndələrinin göstərişi ilə öldürülməsi faktı hamıya aydındır. Ona görə də indi sizin qarşınızda çətin, lakin kifayət qədər məntiqli bir seçim dayanır: ya Rusiya Müdafiə Nazirliyinin sıralarında komandirlərinizin qatillərinin xidmətində durmaq, ya da öz şərəfinizi qoruyub Ukrayna tərəfinə keçməklə onların cəlladlarından qisas almaq”, - deyə müraciətdə qeyd edilib.

Onlar Ukrayna ərazisində hərbi cinayətlər törətməyən rusiyalı muzdluları “Rusiya Könüllülər Korpusu”nun sıralarına qoşulmağa çağırıblar.

RDK üzvlərinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri və Müdafiə Nazirliyi könüllü olaraq Ukrayna tərəfinə keçənlərin təhlükəsizliyinə zəmanət verir və onlara layiqli şərait yaradırlar.

BAKU.WS
VİDEO